Ipək çap
Ipək çap vasitəsilə təsvirləri demək olar ki, bütün materiallara tətbiq etmək mümkündür: tekstil, kağız, bütün növ plastik, şüşə, metallar, keramika və s. İpək çap nəinki doymuş, parlaq, rəngarəng təsvirlər əldə etməyə, həm də xüsusi effektlər tələb edən sifarişləri yerinə yetirməyə imkan verir.
İpək çapın üstünlükləri:
- Çap olunan materialların müxtəlifliyi: Tekstil, şüşə, plastik, metal, kağız, dəri və s.
- Tətbiqin yüksək davamlılığı (aşınmaya və yuyulmaya qarşı).
- Xüsusi effektlər yaratmaq imkanı.
- Parlaq, doymuş, realist çap, hətta tünd fonda belə.
- Təsvirin tətbiqinin operativliyi (sürəti).
- Hazır məhsulun qiymət və keyfiyyətinin əlverişli nisbəti.