Sublim Çap
Sublim çap yüksək keyfiyyətli, davamlı və canlı rənglər təmin edən müasir çap texnologiyasıdır. Bu üsulda dizayn xüsusi sublimasiya mürəkkəbi ilə kağıza çap olunur və istilik pressi vasitəsilə parça və ya digər uyğun səthlərə köçürülür. Nəticədə dizayn materialın tərkibinə hopur, solma və çatlama riski minimuma enir.
Sublim çap üstünlükləri:
- Canlı və parlaq rənglər
- Uzunömürlü və davamlı nəticə
- Solmaya və çatlamaya qarşı müqavimət
- Mürəkkəb dizaynların dəqiq tətbiqi
- Brendinizi fərqləndirən professional görünüş