UV DTF Çap nədir?
Ultrabənövşəyi (UV) DTF çap, xüsusi filmlər üzərində dizaynların çap edilməsi və bu dizaynların sonradan müxtəlif sərt və qeyri-müntəzəm formalı səthlərə köçürülməsi üçün istifadə olunan müasir çap texnologiyasıdır. Bu üsulda ultrabənövşəyi şüalar vasitəsilə mürəkkəb dərhal bərkiyir və nəticədə yüksək keyfiyyətli, parlaq və davamlı çap əldə edilir. UV DTF çap ekoloji baxımdan təhlükəsizdir. İstifadə olunan UV mürəkkəblər həlledici əsaslı olmadığı üçün çap prosesi zamanı havaya zərərli və ya zəhərli maddələr yayılmır.
UV DTF Çapın Üstünlükləri
-
Parlaq və aydın rənglər
-
Yüksək davamlılıq – cızılmaya və aşınmaya qarşı müqavimət
-
Əyri və qeyri-müntəzəm səthlərə uyğunluq
-
Sürətli və praktik tətbiq
-
Uzunömürlü nəticə
Köçürülmüş dizaynlar zamanla solmur, tez köhnəlmir və hətta açıq hava şəraitində də öz keyfiyyətini qoruyur. Metal, şüşə, plastik, ağac, dəri, keramika, kağız- hətta əyriliyi olan və qeyri-standart formalı səthlərdə, eləcə də su altında olan obyektlərdə belə tətbiq mümkündür.